Qanunsuz balıq ovlayan daha 5 nəfər cəzalandırıldı

10:09 - 22 İyun 2023

Qanunsuz balıq ovlayan daha 5 nəfər cəzalandırıldı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mingəçevir Su Anbarında və Xəzər dənizinin Lənkəran şəhəri akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Manset.az xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Mingəçevir şəhər sakinləri Məmmədcan Məmmədov, Fərrux Səmədov, Abil Abdurəhmanov, Lənkəran rayon sakinləri Mail Əhmədov, Rəsul Əzizov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az