Ermənistan ordusu yenə Sədərəyə atəş açdı

12:27 - 24 İyun 2023

Ermənistan ordusu yenə Sədərəyə atəş açdı

Ermənistan ordusu Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqelərini atəşə tutub.

 

Manset.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib: “İyunun 24-ü saat 10:40-dan 11:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az