Əhəd Abıyev təbii fəlakətin ziyan vurduğu ərazilərdə sakinlərlə görüşdü - FOTOLAR

16:28 - 24 İyun 2023

Əhəd Abıyev təbii fəlakətin ziyan vurduğu ərazilərdə sakinlərlə görüşdü - FOTOLAR

İyunun 24-də icra başçısı Əhəd Abıyev Daşkəsən rayonunda dolu və leysan yağışları, sel suları, torpaq sürüşməsi nəticəsində baş vermiş təbii fəlakətin fərdi yaşayış evinə ziyan vurduğu 12 uşağı olan “Qəhrəman ana” Zemfira Məmmədova və onun ailə üzvləri ilə görüşüb, qayğılarını dinləyib.

 

Manset.az xəbər verir ki, aidiyyəti qurumlarla birgə daxili imkanlar hesabına dəymiş ziyanların aradan qaldırıldığını bildirən Əhəd Abıyev sakinləri evlərini sığortalamağa da çağırıb və bunun nə qədər vacib olması ilə bağlı geniş məlumat verib.

İcra başçısı onu da diqqətə çatdırıb ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları Fövqəladə Hallar Nazirliyinin məsul şəxsləri ilə birgə təbii fəlakətin ziyan vurduğu ərazilərə, habelə Zemfira Məmmədovanın fərdi yaşayış evinə baxış keçirərək müvafiq akt tərtib etmişlər və aidiyyəti üzrə də müraciətlər olunmuşdur.

Oğlunun ikisi qazi və biri də şəhid olan Daşkəsən şəhər sakini Zemfira Məmmədova və onun ailə üzvləri müvəqqəti olaraq zəruri avadanlıqlarla təchiz edilmiş 2 çadırda yerləşdiriliblər. Tam qəzalı vəziyyət düşdüyündən vətəndaş üçün yeni fərdi yaşayış evinin tikilməsinə ehtiyac vardır.  


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az