Yardımlıda 1,5 tondan artıq xaşxaş kolu məhv edildi - FOTO

15:17 - 25 İyun 2023

Yardımlıda 1,5 tondan artıq xaşxaş kolu məhv edildi - FOTO

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Manset.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı Yardımlı rayonunun Alar kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 1 ton 500 kiloqramdan artıq olan 10 min ədədə yaxın xaşxaş kolu çıxarılıb və yandırılaraq məhv edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az