AzTV-nin "Həftə" verilişinin çəkiliş komandası Xəzər rayonunun Buzovna qəsəbəsinin çimərliyindən xüsusi reportaj hazırlayıb.
QSC-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsindən Manset.az-a verilən məlumata görə, Buzovnadakı çimərliyin dəmir çəpərlərlə hasarlanması kəskin narazılıqla qarşılanıb.
Hasarlanan ərazi sakinlərin rahat gediş-gəlişinə mane olur, insanların dənizə çıxışı olan yolu bağlayıb.
Çəkiliş edildiyini görən sahibkarlar çəkilişə müdaxilə etməyə cəhd göstərdilər. Hətta onlardan biri AzTV kameralarına "sizin rəhbərliyinizlə indi danışaram, problem yoxdur" - deməkdən belə çəkinməyib.
Sakinlərin sözlərinə görə, həmin obyektlərin sənədi yoxdur və qeyri-qanuni yolla hasara alıblar. Obyekt sahibi isə bildirir ki, sənədləri var.
Xəzər Rayon İcra Hakimiyyəti isə bu məsələyə və iddialara cavab verməyib.