Oxu.Az 10 yaşında! - VİDEO

13:14 - 01 İyul 2023

Oxu.Az 10 yaşında! - VİDEO

Bu gün Oxu.Az informasiya saytı 10 yaşını qeyd edir.

Sayt 2013-cü il iyulun 1-də fəaliyyətə başlayıb. Bu gün Oxu.Az ölkənin ən böyük media ailəsinin - “Global Media Group” media holdinqinin tərkibində fəaliyyət göstərir. 

Fasiləsiz işləyən saytda onlarla işçi çalışır. Sayt hər gün yüzlərlə xəbəri iki dildə - Azərbaycan və rus dillərində dərc edir. Oxu.Az kollektivi təkcə ölkəmizdə deyil, bütün dünyada baş verən ən son xəbərləri operativ şəkildə oxuculara çatdırmaq üçün gecə-gündüz çalışır.

Ötən illər ərzində Oxu.Az Azərbaycanda ən çox oxunan informasiya resursu olub və komandamız bu tendensiyanın dəyişməz qalması üçün hər şeyi edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az