“Növbəti zəlzələnin baş verəcəyi barədə deyilənlər şayiələrdir” - Qurban Yetirmişli

02:07 - 04 İyul 2023

“Növbəti zəlzələnin baş verəcəyi barədə deyilənlər şayiələrdir”  - Qurban Yetirmişli

“Zəlzələ yenidən baş verəcəyi barədə söylənilənlər şayiələrdir, bunları bəzi adamlar sosial şəbəkələrdə yayırlar”.

 

Manset.az xəbər verir ki, bunları Report-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

"Bunların hamısı absurddur. Kiçik təkanlar var və olmalıdır, yəni avterşoklar, enerji boşalamaları gedir. Güclü təkanlar olub və cihazlar bunları qeydə alıb. Amma 5,5 maqnitudada baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur. Amma ola bilsin, arada 3 maqnitudada, hiss edilən zəlzələ baş versin. Bəlkə də heç olmayacaq. Çünki zəlzələ ocağı çox - 65 kilometr dərinlikdədir. Bunun heç bir qorxusu yoxdur", - Q.Yetirmişli qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az