Təcridxanaya narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alındı - FOTO

09:03 - 06 İyul 2023

Təcridxanaya narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alındı - FOTO

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
 

Manset.az xəbər verir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Elçin İsmayıl oğlu Osmanova tanışı Bakı şəhər sakini Rauf Abbas oğlu Yusifov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman, orada olan siqaret qutusunun içərisində gizlədilmiş 2 ədəd kağız bükülüdə ümumi çəkisi 0,392 qram olan psixotrop maddə - metamfetamin və ümumi çəkisi 0,204 qram olan narkotik maddə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Təcridxanaya narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınmışdır (FOTO)


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az