Ceyranbatanda sakinin həyətindən neft fontan vurdu - VİDEO

09:34 - 06 İyul 2023

Ceyranbatanda sakinin həyətindən neft fontan vurdu - VİDEO

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində bir neçə evə neft axıb. Amma bu neft fontanı yox, neft sızması nəticəsində baş verib.

 

Manset.az xəbər verir ki, bu barədə İTV-nin süjetində deyilir.

Məlumata görə, BTZ bağları kimi adlanan ərazidə müəllimlər küçəsində 20-yə yaxın ev təhlükə ilə üz-üzədir. 

Burda neftin sızmasından gölməçələr yaranıb. Hər an təhlükə saçır. Sakinlər qorxu içindədir.

Burada yaşayanların sözlərinə görə, neft olmasını təkcə qoxusu ilə deyil, həm də yandıraraq yoxlayıblar.

1983-cü ildə burada yaşayan Sevinc Allahverdiyeva deyir ki, 10 günə yaxındır hər gün həyətinə neft arx şəklində gəlir.

Daha ətraflı süjetdə:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az