Prezident bölgələrə səfər edəndə maşını niyə özü sürür?

23:23 - 21 İyul 2023

Prezident bölgələrə səfər edəndə maşını niyə özü sürür?

"Ölkəni gəzirəm, səyahət edirəm. Və bunu maşınla edirəm".

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

Dövlət başçısı bölgələrə səfər zamanı avtomobili özünün idarə etməsinin səbəbini belə açıqlayıb:

"Maşınla hərəkət edəndə daha çox görürəm, nəinki helikopter və ya təyyarə ilə səyahət edəndə. Və yerlərdə olan məmurlar bilirlər ki, gələn dəfə gələndə bunu yoxlayacağam, nəzarət edəcəyəm".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az