Sumqayıt şəhərində yerləşən “Green House” şadlıq evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Manset.az xəbər verir ki, havanın küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğınsöndürənlərin çevik və peşəkar fəaliyyəti sayəsində yanğın qısa müddətdə söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.
***
Yanğın məhdudlaşdırılıb. Soyutma işləri aparılır.
***
Sumqayıtda şadlıq sarayındakı yanğınla bağlı rəsmi məlumat verilib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon Sumqayıt şəhərində şadlıq evində yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
14.55
Sumqayıtda şadlıq sarayı yanır.
Manset.az xəbər verir ki, bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.
Sözügedən görüntüləri təqdim edirik: