Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidə yanğın başlayıb.
FHN-in Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Xidmətin rəisi general-mayor Hikmət Abbasov hadisə yerindədir.
Yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.