Novruz Aslanov seçiciləri ilə görüşdü - FOTOLAR

15:58 - 04 Avqust 2023

Novruz Aslanov seçiciləri ilə görüşdü - FOTOLAR

Millət vəkili Novruz Aslanov avqust ayının 4-də İsmayıllı rayonunun Qurbanəfəndi və Xanagah kəndlərində seçicilərin səyyar qəbulunu keçirib.

 

Manset.az xəbər verir ki, öncə Qurbanəfəndi kəndində icra nümayəndəliyinin ofisində, daha sonra Xanagah kəndində icra nümayəndəliyinin ofisində seçicilərlə görüş keçirilib.

Qaldırılan məsələlər əsasən şəxsi məişət problemləri və sosial müdafiə məsələləri ilə bağlı olub. Sakinləri maraqlandıran məsələlər və istəkləri diqqətlə dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb. Müraciətlər qeydiyyata alınıb və həlli istiqamətində müvafiq addımların atılacağı seçicilərin diqqətinə çatdırılıb.

Digər mövzular ətrafında da müzakirələr aparılıb. Bəzi məsələlər operativ surətdə yerində həllini tapıb.

Əlaqədar qurumlara aid olan məsələlər qeydiyyata alınaraq həlli istiqamətində müvafiq müraciətlərin ediləcəyi sakinlərin diqqətinə çatdırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az