Bakıda 3 min manata “Makarov” satmaq istəyən şəxs saxlanılıb - FOTO

16:12 - 07 Avqust 2023

Bakıda 3 min manata “Makarov” satmaq istəyən şəxs saxlanılıb - FOTO

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah saxlayan şəxs tutulub.

 

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, nəticədə Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 228 və 234-cü maddələri ilə məhkum olunmuş, 1981-ci il təvəllüdlü Balakişiyev Adil Əşrəf oğlundan 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.

A.Balakişiyev silah-sursatı bir müddət əvvəl əldə etdiyini və 3 000 manata satmaq istədiyini bildirib.

Saxlanılan şəxslər barəsində 13-cu Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az