"Skuterlər kiçik həcmli gəmilərin bir növüdür. Onu da qeyd edim ki, kiçikhəcmli gəmilər dövlət qeydiyyatına alınmaldırlar. Onlar satın alındıqları 10 gün müddətinə mütləq dövlət qeydiyyatına alınmalıdır. Həmin nəqliyyat sahiblərinə gəmi biletləri və texniki talonlar təqdim edilməlidir. Eyni zamanda mühərrikli kiçik həcmli gəmiləri idarə edən şəxslərin sürücülük vəsiqələri olmalıdır. Sürücülük vəsiqəsi olmadan eyni zamanda dövlət qeydiyatı olmadan bu tip nəqliyyat vasitələrinin istifadəsi qadağandır".
Manset.az xəbər verir ki, bu sözləri "Real TV"də qonaq olan FHN-nin kiçikhəcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin Aqşin Əlili deyib.
Qurum rəsmisi onu da bildirib ki, skuter idarə edənlərin sürücülük vəsiqəsi və dövlət qeydiyyatı olmalıdır, eyni zamanda onlar ayrılan xüsusi zolaqda hərəkət etməldirlər. Əks halda bu tip nəqliyyat vasitələrinin istirahət məkanına daxil olması qəti qadağandır:
"Çimərlik ərazisinə gəlincə su nəqliyyat vasitəsi olan skuterlər yanlız onlar üçün ayrılan xüsusi zolaqda hərəkət etməldirlər. Çimərlik sahəsinə insanların istirahət etdiyi məkana bu tip nəaliyyat vasitələri ilə daxil olmaq qəti qadağandır. Kiçik həcmli gəmilərə nəzarət şöbəsinin əməkdaşları da gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bu kimi hallar aşakrlanarsa həmin nəqliyyat vasitələri barədə inzibati protokollar tərtib edilir".