Səbuhi Məmmədlinin son durumu AÇIQLANDI

14:39 - 08 Avqust 2023

Səbuhi Məmmədlinin son durumu AÇIQLANDI

Jurnalist Səbuhi Məmmədlinin son durumu açıqlanıb.

 

TƏBİB-dən Manset.az-a verilən məlumata görə, jurnalist Səbuhi Məmmədli avqustun 7-də TƏBİB-in tabeliyində fəaliyyət göstərən Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına təxliyə olunub.

Hazırda onun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.

Onda aşağı ətrafda damar mənşəli qan dövranı pozğunluğu müəyyən olunub.

Xroniki böyrək çatışmazlığı, insulindən asılı olmayan şəkərli diabet xəstəliyi üzrə də müalicəsi davam etdirilir.

Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Xatırladaq ki, S.Məmmədlidə daha əvvəl digər ətrafın amputasiyası əməliyyatı da icra olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az