Aparıcı Azər Qəribov sosial şəbəkədə mərhum anası ilə bağlı paylaşım edib.
Manset.az xəbər verir ki, valideyni ilə 62 il əvvəl lentə alınan şəklini izləyiciləri ilə bölüşən aparıcı bu sözləri yazıb:
"Ailənin ilk beşiyi idim... 1961-ci ilin fotosudur. O vaxt elə bilirdim ki, anam həmişə yanımda olacaq. Bu gün onun doğum günüdür, amma artıq yanımızda deyil... Allah bütün gedənlərə rəhmət etsin".
Qeyd edək ki, A.Qəribovun anası 2021-ci ilin yanvarında vəfat edib.