Milli Məclisin deputatı Vahid Əhmədov bir neçə gündür ki sosial şəbəkələrdə müzakirə edilən rusdilli məktəblərin bağlanması təklifiylə əlaqədar gedən diskusiyalara münasibət bildirib.
Manset.az xəbər verir ki, V.Əhmədov qafqazinfo.az-a açıqlamasında insanların çox dil bilməsinin özü üçün müsbət hal olduğunu vurğulayıb.
Bununla bərabər millət vəkili rusdilli məktəblərin ölkədə çoxalmasının da tərəfdarı olmadığını nəzərə çatdırıb: “Düzdür, Azərbaycan-Rusiya münasibətlərində bu məktəblərin olmasının da müəyyən qədər rolu olub. Bizim dövlət başçımız da balanslaşdırılmış siyasət aparır. Ancaq artıq zaman dəyişib. Biz gördük ki, 30 ildə Rusiya faktiki olaraq Azərbaycanın Qarabağ problemini həll etməyə mane oldu, ancaq biz onlarla həmişə yaxşı münasibətdə olmuşuq. Cənab Prezident onları yüksək səviyyədə qəbul edib, sazişlər, strateji müqavilələr imzalanıb. Onlar bizim qonşumuzdur. Amma bizim milli mənsubiyyətimiz, Konstitusiyamız var. Bizdə əsas olan dövlət dilidir. Ola bilsin rus dilinə, ingilis dilinə də maraq olsun. Ancaq dövlət səviyyəsində burada ehtiyatlı olmaq lazımdır. Əgər Rusiya Qarabağ probleminin həllində bizə yardım edən dövlət deyilsə, onun məktəblərinin sayını burada niyə genişləndirməliyik ki? Rusiya əksinə Ermənistana bu illər ərzində silah verib, indi də verməkdə davam edir. Həmin silahlarla da bizim uşaqlarımızı məhv edirlər”.
Deputat xatırladıb ki, Türkiyə illər öncə burada müəyyən məktəblərini açmışdı: “Türklər bizim qardaşımızdır, onlara arxayınıq və bilirik ki, Azərbaycanın hər məsələsində, o cümlədən Qarabağ məsələsində yanımızda olurlar. Təklif edirəm ki, rus dilində də olan məktəblər də digər məktəblər kimi özəl olsun. İngilis dilində olan məktəblər bizdə dövlətin himayəsində deyil ki? Birdən-birə yox, yavaş-yavaş belə bir planlar Təhsil Nazirliyi tərəfindən hazırlanaraq hökumətə təqdim edilməlidir.
Rus dilini təbliğ etmək istəyənləri başa düşürəm. Amma onlar getsinlər Moskvaya, Leninqrada təbliğat aparsınlar, Azərbaycanın haqq səsini müdafiə etsinlər. Görək həmin adamları Rusiya televiziyalarına buraxacaqlar?! Əlbəttə, buraxmayacaqlar. Bizdə kifayət qədər savadlı rus dilini bilən insanlar var. Təəssüflər olsun ki, Rusiyada mətbuatla bağlı məsələlərdə əksəriyyət yerləri ermənilər tutublar. Rusdilli məktəbləri müdafiə edənlərin ola bilsin müəyyən maraqları var, bunu başa düşürəm, amma məktəblər özəlləşsin, kim bu dildə oxumaq istəyirsə, gedib pul verib oxusun. Niyə dövlət bunu maliyyələşdirməlidir ki? İnsanların da rusdilli məktəblərə uşaqlarını qoymağa meyli çoxdur. Ancaq dövlət səviyyəsində bu məsələlərə ciddi yanaşmalıyıq. Yavaş-yavaş öz dilimizə hörmətlə yanaşmalıyıq”
"Rusdilli məktəblərin sayını burada niyə genişləndirməliyik ki?" - Deputatdan ETİRAZ
01:34 - 18 Sentyabr 2021

Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Ən yüksək balı onlar topladılar - FOTO

Paytaxtın bu ərazilərində işıq olmayacaq

Meteohəssas insanların DİQQƏTİNƏ

Dənizdə batma təhlükəsi ilə üzləşdilər: Belə xilas edildilər - VİDEO

II və III qrup üzrə imtahan nəticələri AÇIQLANDI

Laçındakı meşə yanğını tam söndürüldü

Bakının 12 küçəsində sıxlıq var - SİYAHI

Azərbaycanda bu məşhur bazarın adı dəyişdirildi

Əri tərəfindən güllələnən qadının vəziyyəti AÇIQLANDI

5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO

Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi - FOTO
Xəbər xətti
- 18 İyul 2025
- 01:30 Məşhur "Faladdin" tətbiqinin sahibi həbs edildi
- 00:30 O, mövsümün ən yaxşı futbolçusu seçildi
- 17 İyul 2025
- 23:42 Azərbaycanlı futbolçu faciəvi şəkildə öldü
- 23:11 Prezidentdən Berdiməhəmmədovun səfəri ilə bağlı PAYLAŞIM
- 22:56 "Suriyanın bölünməsinə icazə verməyəcəyik"
- 22:33 “Qarabağ” növbəti transferini açıqladı
- 22:21 Liderlər Şuşada birgə naharda - FOTOLAR
- 22:05 Bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
- 21:42 Ən yüksək balı onlar topladılar - FOTO
- 21:19 Həmin illərdəki fotoları göstərdilər - Məhkəmə
- 20:45 Şahin Şıxlinski barədə axtarış elan edildi
- 20:32 Bir nəfər dənizdə batdı
- 20:16 Paytaxtın bu ərazilərində işıq olmayacaq
- 19:57 Meteohəssas insanların DİQQƏTİNƏ
- 19:32 Dənizdə batma təhlükəsi ilə üzləşdilər: Belə xilas edildilər - VİDEO
- 19:07 II və III qrup üzrə imtahan nəticələri AÇIQLANDI
- 18:57 “Səs Azərbaycan”ın iştirakçısı vəfat etdi - VİDEO
- 18:43 Laçındakı meşə yanğını tam söndürüldü
- 18:36 Bakının 12 küçəsində sıxlıq var - SİYAHI
- 18:21 Azərbaycanda bu məşhur bazarın adı dəyişdirildi
- 18:09 Əri tərəfindən güllələnən qadının vəziyyəti AÇIQLANDI
- 17:57 Ərdoğan Suriya prezidenti ilə danışdı
- 17:50 "Qarabağ" məşhur klubdan futbolçu transfer etdi
- 17:42 5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
- 17:33 Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi - FOTO
- 17:09 Jurnalistlər arasında minifutbol turniri keçiriləcək - Püşk atıldı
- 16:58 "Danışıqlar üçün Ukraynadan təkliflər gözləyirik" - Peskov
- 16:50 "Qalatasaray"dan Mauro İkardi ilə bağlı açıqlama
- 16:38 Qəzza zolağına hücumlar - 17 Fələstinli həlak oldu
- 16:15 Prezident ona “Dostluq” adlı Qarabağ atı hədiyyə etdi - Fotolar
- 16:08 Rusiya İsrailin Suriyaya hücumlarını pislədi
- 15:47 “Referans” klinikasının direktoru arvadını məşuqəsinə görə güllələyib
- 15:40 "Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə MÜSAHİBƏ
- 15:40 İran hava məkanını 24 saatlıq açdı
- 15:36 Bu ölkədə səsvermə yaşı 16-ya endirildi
- 15:35 Yaşayış hazır, tam təmirli mənzillər Park Yasamalda satışda!
- 15:25 Mağarada tapıldılar - Ana və iki qızının qəribə hekayəsi
- 14:45 Sabah çimərliklərdə hava necə olacaq?
- 14:38 "Qalatasaray" və "Napoli" razılığa gəldi
- 14:28 Qələmlə yazılan TARİX - Azərbaycan mətbuatının 150 illik İNKİŞAF YOLU
- 14:14 Nazirdən bu məzunlarla bağlı ƏMR
- 13:37 Bu ölkədə güclü zəlzələ oldu
- 13:33 Havanın çirklənməsi 6 milyon insanı təhlükəyə atır
- 13:31 Prezidentlər Yeni Şuşa məscidinin tikintisində - FOTOLAR
- 13:19 Günəş sistemi tipli planetlər əmələ gəlir - Yeni kəşf
- 12:55 Sabah 41° isti olacaq - PROQNOZ
- 12:51 Marsdan gələn ən böyük meteorit bu qiymətə satıldı
- 12:38 Musson yağışları və daşqınlar - Son 24 saatda 28 ölüm, 90 yaralı
- 12:32 Prezidentlər Şuşada yaşayış kompleksində - FOTOLAR
- 12:20 Bu ölkədə 17 milyon insan tək yaşayır
- 11:59 Festival ərəfəsində yanğın panikası - Əsas səhnə kül oldu

