İsmayıllıda 3.2 bal gücündə zəlzələ qeydə alınıb.
Manset.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələ yerli vaxtla 17:54:53 qeydə alınıb.
Bildirilib ki, Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, İsmayıllı stansiyasından 17 km şimal-qərbdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.