Bu şəxslər üçün əlavə imtahan keçirildi

14:23 - 03 Sentyabr 2023

Bu şəxslər üçün əlavə imtahan keçirildi

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 3-də əlavə imtahan keçirib.

 

Manset az xəbər verir ki, bu barədə DİM-dən bildirilib.

Bundan başqa, Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı veriblər.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunub.

İmtahanların idarə olunması üçün 10 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 71 nəzarətçi-müəllim, 10 buraxılış rejimi (mühafizə) əməkdaşı, 5 bina nümayəndəsi ayrılıb.

Sentyabrın 4-dən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahanların nəticələri yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması başa çatandan sonra – 5 gün ərzində elan olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az