“Bəzi ixtisaslarda təhsil dövrü 4 ildən 3-ə salına bilər” - Nazir

17:25 - 06 Sentyabr 2023

“Bəzi ixtisaslarda təhsil dövrü 4 ildən 3-ə salına bilər” - Nazir

“Ali təhsil pilləsində bəzi ixtisaslarda təhsil dövrü qısaldıla bilər”.

 

Manset.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, turizm, kommersiya və s. kimi bəzi ixtisaslarda təhsil dövrü 4 ildən 3 ilə salına bilər: “Biz hazırda bu məsələni müzakirə edirik. Bu həmin ixtisaslarda daha çox tələbənin təhsil almasına gətirib çıxara bilər. Düşünürəm ki, pilot səviyyədə növbəti illərdə bunu edə bilərik”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az