Azerbaijan flag

Müəssisədə mənşəyi məlum olmayan toyuq əti aşkarlandı

11:50 - 12 Noyabr 2026

Müəssisədə mənşəyi məlum olmayan toyuq əti aşkarlandı

Zabrat qəsəbəsində ət emalı müəssisəsində mənşəyi məlum olmayan toyuq əti aşkarlanıb.


Bu barədə Manset.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, müəssisənin qida təhlükəsizliyi sahəsində təsdiq olunmadan qanunsuz fəaliyyət göstərdiyi, toyuq ətlərinin müşayiətedici sənədlərinin olmadığı, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların pozulduğu aşkarlanıb.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, toyuq ətlərindən götürülən nümunələr laborator müayinələrə cəlb edilib və məhsulların dövriyyəsi qadağan edilib, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az