Azerbaijan flag

"COP tarixinin ən izdihamlı günlərindən birini yaşadıq" - Türkiyəli nazir

11:00 - 12 Noyabr 2026

\"COP tarixinin ən izdihamlı günlərindən birini yaşadıq\" - Türkiyəli nazir

Antalyada keçirilən COP31 tədbirləri çərçivəsində Manset.az daha bir önəmli müsahibəyə imza atıb. 


Portalımızın baş redaktoru Əli Vəliyev Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in rəhbəri Murat Kurumdan özəl müsahibə alıb.

Müsahibədə COP31-in təşkili, Azərbaycanın COP29 təcrübəsi, iki ölkə arasında əməkdaşlıq və iqlim dəyişiklikləri ilə mübarizə istiqamətində görülən işlər müzakirə olunub.

“102 dövlət və hökumət başçısı, eləcə də dünyanın müxtəlif yerlərindən dostlarımız tədbirdə iştirak edirlər. 330 nazir və 100 mindən çox ziyarətçi var. Dünən COP tarixinin ən izdihamlı günlərindən birini yaşadıq. Bu gün də eyni şəkildə hər gün yeni rekordlara imza atırıq.

Fəaliyyət gündəliyinin dünənki iclası heç bir problem olmadan baş tutdu. Bizim 10 maddədən ibarət fəaliyyət planımız var. Həmin planda müəyyən etdiyimiz hədəflər və ortaya qoyduğumuz iradə bizim üçün çox dəyərlidir. Çünki istəyirik ki, COP31 icra COP-u olsun. Artıq sözlərin deyil, konkret addımların və icranın ön plana çıxdığı bir COP keçirilsin.

Bu yanaşma ilə qətiyyət nümayiş etdirdik və təşkilatın sonuna qədər bu mövqeyimizi qoruyacağıq. Antalya toplantısı başa çatdıqdan sonra buradan ayrılan insanlara dünyaya dəyişikliklərin zəruriliyini və bu istiqamətdə iradə ortaya qoyulmasının vacibliyini çatdıracağıq, bunu bütün dünyaya bəyan edəcəyik”, - deyə nazir fikirlərinə əlavə edib. 


Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az