COP31 çərçivəsində Azərbaycan pavilyonunun fəaliyyəti beynəlxalq nümayəndələrin diqqətini cəlb edib.
Manset.az xəbər verir ki, ICESCO-nun baş direktoru Dr. Salim bin Mohammed Al-Malik saytımızın baş redaktoru Əli Vəliyevin suallarını cavablandırarkən Azərbaycan pavilyonunun fəaliyyəti barədə fikirlərini bölüşüb.
O, pavilyonun təqdimatını yüksək qiymətləndirərək bildirib:
“Azərbaycan pavilyonunda gördüklərim məni heyran etdi. Digər pavilyonlarla müqayisədə burası çox enerjili və fəaldır. Sessiyaların birində, noyabrın 14-də saat 13:00-da bizim də əks görüşümüz keçiriləcək. Əminik ki, həmişə olduğu kimi, Azərbaycanın iştirakı ilə əməkdaşlığımız uğurlu olacaq”.
Qeyd edək ki, Azərbaycan COP31 çərçivəsində iqlim dəyişmələri, yaşıl enerji və beynəlxalq əməkdaşlıq istiqamətində təşəbbüslərini təqdim edir.
Manşet.az