Azerbaijan flag

“Azeri Light” ucuzlaşdı 

09:49 - 11 Noyabr 2026

“Azeri Light” ucuzlaşdı 

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.


Manset.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,5 ABŞ dolları və ya 1,48 % azalaraq 99,4 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 100,9 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az