Azerbaijan flag

Müəllimlər maaş artımı üçün beş il gözləməməlidir 

15:51 - 10 Noyabr 2026

Müəllimlər maaş artımı üçün beş il gözləməməlidir 

Sertifikasiyada nəticəsini yüksəltmək istəyən müəllimlərə beş il gözləmədən yenidən imtahan vermək imkanı yaradılmalıdır.


Manset.az xəbər verir ki, bu təkliflə təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri “AzEdu Podkast” verilişində çıxış edib.

O bildirib ki, daha yüksək əməkhaqqı əlavəsi almaq üçün cəmi bir-iki balı çatmayan müəllimin növbəti sertifikasiya dövrünü gözləməsi onun maddi vəziyyətinə təsir edir.

“Təsəvvür edin, bircə bala görə həmin müəllim beş il gözləməlidir. Bu, 60 ay deməkdir”, – tədqiqatçı vurğulayıb.

Elmin Nuri hesab edir ki, müəllimlərə əlavə hazırlaşaraq bir müddət sonra könüllü şəkildə təkrar imtahanda iştirak etmək imkanı verilməlidir. Bu halda müəllim nəticəsini yaxşılaşdıraraq daha yüksək maaş əlavəsi qazana bilər.

O, bunun rəsmi qərar deyil, sertifikasiyanın növbəti mərhələsi ilə bağlı təklifi olduğunu qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az