Azerbaijan flag

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf 

08:30 - 10 Noyabr 2026

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf 

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər.


Manset.az xəbər verir ki, bu barədə "The Science Pulse" nəşri məlumat yayıb.

Həkim Katsuo Takahaşinin rəhbərlik etdiyi tədqiqat qrupu dişlərin inkişafını məhdudlaşdıran USAG-1 zülalına təsir edən preparat hazırlayıb. Alimlər bu zülalın fəaliyyətini bloklamaqla orqanizmin yeni dişlər formalaşdırmaq potensialını aktivləşdirməyə çalışırlar.

Heyvanlar üzərində aparılan ilkin sınaqlar ümidverici nəticələr verib. Bu nəticələr preparatın insanlar üzərində sınaqdan keçirilməsi üçün zəmin yaradıb.

Diqqətçəkən məqam odur ki, tədqiqatın ilkin mərhələsində əsas diqqət anadangəlmə diş çatışmazlığı olan insanlara yönəldilib. Başqa sözlə, preparatın ilkin məqsədi travma və ya kariyes nəticəsində dişlərini itirənlərə deyil, doğuşdan bəzi dişləri olmayan şəxslərə kömək etməkdir./Oxu.Az 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az