Noyabrın 11-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən ayrı-ayrı ərazilərdə yağışın qısamüddətli intensivləşəcəyi ehtimal olunur.
Manset.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5–7, gündüz 11–14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 millimetr civə sütunundan 766 millimetr civə sütununa enəcək, nisbi rütubət 70–80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli yağıntı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2–6, gündüz 12–17 dərəcə isti olacaq. Dağlarda gecə 3–8, yüksək dağlıq ərazilərdə 10–15 dərəcə şaxta gözlənilir. Gündüz temperatur 3 dərəcə şaxtadan 2 dərəcə istiyədək dəyişəcək.