Azerbaijan flag

Rusiyalı məşhurlar Ukrayna kəşfiyyatının "qara siyahısı"na düşdülər 

12:57 - 10 Noyabr 2026

Rusiyalı məşhurlar Ukrayna kəşfiyyatının \"qara siyahısı\"na düşdülər 

Rusiyanın Xalq artisti Sergey Bezrukov və tanınmış teleaparıcı, şoumen Mixail Qalustyan Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə məxsus "War and Sanctions" portalının məlumat bazasına daxil ediliblər.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatlar sözügedən resursun noyabrın 10-da yayımladığı qeydlərdə öz əksini tapıb.

Ukrayna tərəfi S.Bezrukovun "qara siyahı"ya salınmasını onun ölkədəki hərbi əməliyyatları dəstəkləməsi və vətənpərvərlik mövzusunda təşkil olunan konsertlərdə aktiv iştirak etməsi ilə əlaqələndirib. Sənətçinin məlumat vərəqəsində həmçinin vurğulanır ki, o, 2014-cü ildə digər incəsənət xadimləri ilə yanaşı Rusiya Prezidenti Vladimir Putinin Ukrayna məsələsi ilə bağlı mövqeyini müdafiə edən məktubu imzalayanlardan biri olub.

Şoumen və teleaparıcının məlumat bazasına əlavə edilməsi də eyni şəkildə müharibəyə dəstək verməsi ilə izah edilir. Əlavə əsaslandırma kimi isə M.Qalustyanın Rusiya Federasiyasının addımlarını təbliğ edən bir neçə layihə çərçivəsində Rusiya Müdafiə Nazirliyi ilə sıx əməkdaşlıq etdiyi diqqətə çatdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az