Qaradağ rayonunda dəm qazından zəhərlənmə nəticəsində ölüm hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Qubanın İkinci Nügədi kənd sakini 1996-cı il təvəllüdlü Rəhim Yüzbaşıyev dəm qazından boğularaq həyatını itirib.
Hadisənin başvermə səbəbləri araşdırılır.