Türkiyəli alimlər xərçəng müalicəsi üçün yerli istehsal olan dərmanların inkişafına əhəmiyyətli töhfələr veriblər.
Manset.az Unikal-a istinadən xəbər verir ki, Zonguldak Bülent Ecevit Universiteti (BEÜ) və İstanbul Medipol Universitetindən olan tədqiqatçılar birgə səylə üç fərqli xərçəng növünü hədəf alan yeni dərmanların hazırlanmasında istifadə oluna biləcək kimyəvi birləşmələr əldə ediblər.
Sözügedən kimyəvi birləşmələr döş, prostat və ağciyər xərçəngi hüceyrələrinə qarşı təsirli ola bilər. Laboratoriya sınaqlarında müsbət nəticə verən kimyəvi molekullar milli və Avropa patentləri ilə qeydiyyata alınıb.
Araşdırmalar davam edir.