Bərdədə 40 yaşlı kişinin meyiti aşkarlanıb.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qarağaclı kəndində baş verib.
Araşdırma zamanı cansız bədənin 1986-cı il təvəllüdlü İlqar Muradova məxsus olduğu bilinib. Kişinin nəşi evində tapılıb.
Onun ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.