Kişilər niyə qadınlardan tez ölürlər? - SƏBƏB

22:09 - 07 Sentyabr 2023

Kişilər niyə qadınlardan tez ölürlər? - SƏBƏB

"Ürək-damar xəstəlikləri kişilər arasında daha çox yayılıb. Bu da kişiləri vaxtsız ölümə aparan səbəblərdən biridir”.

 

Bunu Manset.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu qadınların kişilərdən daha çox uzun ömürlü olmasının səbəblərindən danışarkən deyib. 

Onun sözlərinə görə, kişilərin dünyasını daha tez dəyişməsinin səbəblərindən biri öldürücü xəstəliklərin yayılmasıdır: 

"Belə xəstəliklər kişilər arasında daha çox yayılır. Bundan əlavə, kişilər yol qəzalarında, dava-dalaşda, müharibədə, orduda, həbsxanada üstünlük təşkil edir. Bunları bir yerə toplayanda böyük faiz edir”.

Əhməd Qəşəmoğlu bildirib ki, kişilər arasında risk qrupları daha çoxdur: 

"Kişilər arasında müxtəlif risklərdən ölənlər daha çoxdur. Digər bir səbəb kişilərin daha əsəbi olmasıdır. Bu hal da onların səhhətinə təsir edən amillərdəndir”. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az