İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət tam bərpa edildi - YENİLƏNDİ

15:01 - 08 Sentyabr 2023

İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət tam bərpa edildi - YENİLƏNDİ

İntensiv yağıntılar nəticəsində yaranan sel sularının İsmayıllı-Lahıc avtomobil yolunun (15.8, 17.2 və 18.6 km-lik hissələrdə) hərəkət hissəsinə özü ilə bərabər lil və qaya parçaları gətirərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində yaratdığı problemlər aradan qaldırılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, aparılan təxirəsalınmaz işlər nəticəsində sözügedən yolda avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa edilib.

***

Bu gecə və səhər saatlarında intensiv yağıntılar nəticəsində yaranan sel suları İsmayıllı-Lahıc avtomobil yolunun (15.8, 17.2 və 18.6 km-lik hissələrdə) hərəkət hissəsinə özü ilə bərabər lil və qaya parçaları gətirərək avtonəqliyyat vasitələrinin fasizləsiz və təhlükəsiz hərəkətində problemlər yaradıb.

Manset.az xəbər verir ki, dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən canlı qüvvə və texnika cəlb edilərək təhlükəsizlik tədbirləri görülüb.

Hazırda yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyinin təmin olunması üçün işlər aparılır.

Artıq yolun 15.8-ci km-lik hissəsində yol təmizlənərək hərəkət bərpa olunub.  


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az