Sentyabrın 11-i saat 11:00-dan 12:00-dək “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası davam etdiriləcək.
Manset.az xəbər verir ki, bu dəfə aksiya Ucar rayonunun Şahlıq kəndində (poçt məntəqəsinin qarşısı) baş tutacaq.
Bildirilib ki, vətəndaşlar qeyd olunan ünvana yaxınlaşaraq qaz təchizatı ilə bağlı problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.