“Xəngəl evi”ndə müştəri bıçaqlandı

09:47 - 15 Noyabr 2023

“Xəngəl evi”ndə müştəri bıçaqlandı

Yasamal rayonunda kafedə bıçaqlanma hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, 2-ci Alatava küçəsində yerləşən “Xəngəl evi” kafesində Elşad Ağayev adlı müştəri mübahisə zəminində bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırlılıb.

Araşdırmalarla E.Ağayevə çoxsaylı bıçaq xəsarətlərinin 1991-ci il təvəllüdlü Elçin Cənnətalıyev tərəfindən yetirilməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib.  O, şübhəli şəxs qismində tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az