Piyada keçidində aparılan təmir-bərpa işləri yekunlaşdı

11:12 - 16 Noyabr 2023

Piyada keçidində aparılan təmir-bərpa işləri yekunlaşdı

Vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə Xocəsən–Lökbatan avtomobil yolunun 2-ci km-də yerləşən yerüstü piyada keçidində aparılan təmir-bərpa işləri yekunlaşıb. 

 

manset.az xəbər verir ki, layihəyə uyğun olaraq öncə keçidin deformasiyaya uğramış aşırım hissəsinin sökülməsi işləri aparılıb. Daha sonra keçidin yeni aşırım hissəsinin quraşdırılması həyata keçirilib. 

Bərpa işləri zamanı keçidin  fasadı, tavanı və döşəməsi əsaslı şəkildə təmir olunub, alt hissədə və kənarlarda olan üzlük materialları yeniləri ilə əvəzlənib.

Bundan başqa, keçidin yan şüşələrinin metal torlarla əvəzlənməsi və  işıqlandırma sisteminin yenilənməsi işləri icra olunub. 

Qeyd edək ki, təmir-bərpa işləri zamanı 36 metr uzunluğa malik sözügedən keçidin yerdən hündürlüyü 4.5 metrdən 5.6 metrə qədər artırılıb. 

Beləliklə,  keyfiyyətli materiallardan istifadə edilərək yenidən qurulan piyada keçidi vətəndaşların istifadəsinə verilib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az