Soyuq hava, qeyri-kafi qulluq, yanlış məhsullardan istifadə kimi bir çox səbəb saçlarınızın zədələnməsinə səbəb ola bilər. Zədələnmiş saçlarınızın yenidən canlı görünməsi üçün kimyəvi tərkibli kondisionerlər yerinə təbii üsullardan istifadə edə bilərsiniz.
Manset.az həmin üsulları təqdim edir:
1. Zeytun yağı: Zeytun yağının tərkibində olan omeqa-3 yağ turşusu qidalandırıcı və bərpaedici xüsusiyyətlərə malikdir. Təbii saç baxım məhsulu olan zeytun yağı ilə saçlarınızın ehtiyac duyduğu yağı və nəmliyi bərpa edə bilərsiniz. Saç köklərini qidalandıran, saçlarınızı həm canlı, həm də uzun edən zeytun yağını masaj edərək çəkə bilərsiniz.
2. Avokado və badam yağı: Avokado və badam yağı ilə hazırladığınız təbii saç kremi saçınızın ehtiyac duyduğu nəmi təmin edir, saç köklərini qidalandırır və beləliklə qırılma və tökülmənin qarşısını alır. Avokado və badam yağı ilə təbii saç qidalandırıcı krem hazırlamaq üçün əvvəlcə bir ədəd yetişmiş avokadonu əzib püre halına gətirin. 6-7 damcı badam yağı və 4 damcı zeytun yağı əlavə edib yaxşıca qarışdırın. Sonra kremi köklərdən uca qədər masaj edərək öz bucağınıza çəkin. Saçınızı 30 dəqiqə belə saxladıqdan sonra ilıq su ilə yuyun.
3. Banan və Kokos yağı: Tərkibindəki təbii maddələr və antioksidanlar sayəsində banan saçların zədələnməsinin qarşısını alaraq onları qidalandırır. Banan və kokos yağını qarışığı ilə saçlarınızı qidalandıra və bərpa edə bilərsiniz. Bu üsuldan istifadə etmək üçün 1 bananı əzmək lazımdır. Püresi bananın üzərinə 1 xörək qaşığı kokos yağı, 1 xörək qaşığı zeytun yağı və 1 xörək qaşığı bal əlavə edin. Qarışıq homojen olana qədər qarışdırın. Hazırladığınız qarışığı saçlarınıza kökdən uca qədər masaj edərək çəkin. Təxminən 1 saat saçınızda saxladıqdan sonra ilıq su ilə saçınızdan çıxara bilərsiniz.
4. Alma sirkəsi: Alma sirkəsi saç köklərindəki zərərli formasiyaları təmizləyir və saçları ehtiyac duyduğu qidalarla təmin edir. Saçlarınızı alma sirkəsi ilə qidalandıra bilərsiniz. Lakin güclü turşu quruluşuna görə alma sirkəsini saça sürməzdən əvvəl onu sulandırmaq lazımdır. 1 çay stəkan alma sirkəsi və 1 çay stəkan suyu qarışdırdıqdan sonra məhlulu masaj edərək saçınıza çəkin. Saçınızda 40 dəqiqə saxladığınız məhlulu ilıq su ilə yaxalayaraq çıxara bilərsiniz.
Jalə
Manşet.az