Aparıcı ilə "Space TV" arasındakı məhkəmədə qərar verildi

20:41 - 16 Noyabr 2023

Aparıcı ilə \"Space TV\" arasındakı məhkəmədə qərar verildi

Xəbər verdiyimiz kimi, aparıcı Zamirə Dadaşova "Space TV"nin rəhbəri Vado Korovi məhkəməyə vermişdi.

 

Manset.az  axşam.az-a istinadən bildirir ki, məlumatına görə, aparıcı məhkəmənin növbəti iclasının bu gün baş tutduğunu açıqlayıb. O bildirib ki, məhkəmədə qalib gəlib:

"Dostlar, bu dəfə də qalibəm. Bu gün Yasamal rayon məhkəməsində Vado Karovinə ("Space TV"nin rəhbəri - red.) qarşı iddia tələbim təmin edildi.

Məhkəmənin qərarı ilə Space MMC də işə bərpa olunmalı, işə bərpa olunan günə qədər bütün əməkhaqqım ödənilməli və vəkilə ödədiyim rüsumu da cavabdeh ödəməlidir. Sənədlərdə o qədər yanlışlıqlara yol veriblər ki, gördükcə şoka düşürəm".
Qeyd edək ki, Zamirə heç bir xəbərdarlıq edilmədən işdən çıxarıldığını, daha sonra isə əmək kitabçasının ona verilmədiyini bildirmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az