Paytaxtın bu ünvanında söküntü başlayıb - Sakinlərə 4 min AZN kompensasiya verilir - VİDEO

11:57 - 19 Noyabr 2023

Paytaxtın bu ünvanında söküntü başlayıb - Sakinlərə 4 min AZN kompensasiya verilir - VİDEO

Paytaxtın Nərimanov rayonunda söküntü işləri aparılır. Söküntü işləri heç də bütün sakinləri qane etmir

 

Manset.az baku.ws-ə istinadən bildirir ki, Nərimanov rayonunun Ceyhun Hacıbəyli və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsindən başlayan prosesdə əsasən fəaliyyəti dayandırılan obyektlər sökülür. 

51 ailənin yaşadığı 5 mərətəbəli bina da söküntü planına daxil edilib. Əvəzində mənzil sahiblərinə kompensasiya təklif edilib. 

Həmin məbləğ bəzi vətəndaşlar tərəfindən qəbul olunsa da, əksəriyyət bununla razılaşmayıb. 

Sakinlərdən biri arb tv-yə bildirib ki, bir otağa 120 min kompensasiya verilir: "Kvadratına 4 min manat düşür. 3 otağa 280 min verlməli olduğu təqdirdə 175 min təklif olunub. Bu pulla yeni tikilidə bir otaqlı mənzil almaq mümkün deyil". 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az