Vətən müharibəsi qazisi bədbəxt hadisə nəticəsində vəfat etdi - FOTO

19:15 - 22 Noyabr 2023

Vətən müharibəsi qazisi bədbəxt hadisə nəticəsində vəfat etdi - FOTO

Şabranda Vətən müharibəsi iştirakçısı bədbəxt hadisə nəticəsində ölüb.

 

Manset.az xəbər verir ki, Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən təkər təmiri sexində işləyən 1999-cu il təvəllüdlü Rəfail Əzimovun təmir işi görərkən yük maşınının təkərinin partlaması nəticəsində almış olduğu xəsarətlərdən dünyasını dəyişib.

Məlumata görə, R.Əzimov qardaşına kömək etmək məqsədilə sexə gəlibmiş.

Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az