Yollardakı məhdudiyyət aradan qaldırıldı - YENİLƏNDİ (FOTO)

09:14 - 23 Noyabr 2023

Yollardakı məhdudiyyət aradan qaldırıldı - YENİLƏNDİ (FOTO)

Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən yanğın səbəbindən prospektin köməkçi yolundan metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları istiqamətinə yolda tətbiq olunan məhdudiyyət aradan qaldırılıb.

***

Xəbər verdiyimiz kimi, bu gün Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın olub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Manset.az-a bildirilib ki, hadisə ilə əlaqədar Bakının bəzi yollarına məhdudiyyət qoyulub.

Belə ki, Binəqədi rayonu Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən yanğın səbəbindən prospektin köməkçi yolundan metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları istiqamətinə yolda məhdudiyyət tətbiq edilib.

Xatırladaq ki, bu gün səhər saat 05:55 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın olub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb. Xəsarət alan yoxdur. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az