Gənc qadın küçədə öldürüldü - YENİLƏNDİ (FOTO)

09:46 - 24 Noyabr 2023

Gənc qadın küçədə öldürüldü - YENİLƏNDİ (FOTO)

Bu gün Zaqatala şəhərində qətl törədilib.

 

Manset.az xəbər verir ki, şəhərin mərkəzində Aygün Həşimova adlı qadın küçədə naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürülüb.

Hazırda hadisə yerində araşdırma aparılır.

***

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, noyabrın 24-ü saat 09 radələrində Zaqatala şəhərində 1989-cu il təvəllüdlü Həşimova Aygün Mikayıl qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Səfərov Əli Fərhad oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az