İtkin düşən ana və qızı evi könüllü tərk ediblərmiş

11:07 - 24 Noyabr 2023

İtkin düşən ana və qızı evi könüllü tərk ediblərmiş

Gəncədə itkin düşmüş şəxs kimi axtarılan ana və qızı tapılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Manset.az-a bildirib ki, Gəncə ŞBPİ-in 4-cü Polis Bölməsinin keçirdiyi tədbirlərlə hər iki şəxsin yeri Gəncə şəhərində müəyyən edilib.

N.İmanova izahatında yaşadıqları evi özlərinin könüllü tərk etdiklərini və geri dönmək istəmədiklərini bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl T.Həsənov Gəncə Şəhər Baş Polis İdarəsinə müraciət edərək bildirib ki, həyat yoldaşı N.İmanova və övladı, 2009-cu il təvəllüdlü G.Həsənova noyabrın 6-da birgə yaşadıqları evdən naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayaraq itkin düşüblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az