Şuşadakı məscidlərin bərpası nə zaman başa çatacaq? - AÇIQLAMA

14:26 - 24 Noyabr 2023

Şuşadakı məscidlərin bərpası nə zaman başa çatacaq? - AÇIQLAMA

“Şuşanın infrastrukturunun qurulması prosesi sürətlə davam edir. Aşağı Gövhər Ağa və Mamayı məscidlərinin bərpası gələn il başa çatacaq”.

 

Manset.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

Şuşada yeni böyük məscidin inşasının planlaşdırıldığını diqqətə çatdıran Aydın Kərimov 2024-cü ildə, həmçinin Daşaltı kəndində məscidin istifadəyə veriləcəyini, artıq tikinti işlərinin aparıldığını qeyd edib.

“Yuxarı Gövhər Ağa və Saatlı məscidləri artıq tam bərpa olunub və istifadədədir. Təqribən 7-8 məscid var ki, onlar tam dağılmış vəziyyətdədir. Vaxtilə Şuşada hər məhəllənin öz məscidi olub. Simpoziumun keçirilməsində də məqsəd daşı-daş üstə qalmayan abidələrin, məscidlərin bərpasında və yenidən qurumasında beynəlxalq təcrübədən faydalanmaqdır”, - deyə Adın Kərimov vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az