Azərbaycanda itən və tapılması üçün 200 000 manat mükafat veriləcək şəxslə bağlı YENİ XƏBƏR

14:40 - 24 Noyabr 2023

Azərbaycanda itən və tapılması üçün 200 000 manat mükafat veriləcək şəxslə bağlı YENİ XƏBƏR

2022-ci ildə Zaqatalada yüksək dağlıq ərazidə itkin düşən hindistanlı trustin axtarışları Rusiya ərazisində davam etdirilir.

 

Manset.az apa-ya istinadən xəbər verir ki, bu bardə itkin düşən Manikanth Kondaveetinin valideyinləri məlumat verib.

Məlumata görə, 1993-cü il təvəllüdlü Hindistan vətəndaşı Manikanth Kondaveetinin axtarışlarına Rusiya Fedarasiyasının hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda axtarışlar Azərbaycan-Rusiya sərhədinin əks tərəfində, Dağıstan ərazisində gedir.

Qeyd edək ki, Hindistan vətandaşı Manikanth Kondaveetin 2022-ci ilin may ayının 12-də Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu ərazisindən keçən hissəsinin yüksək dağlıq meşəlik ərazisində itkin düşüb. Azərbaycan ərazisində onunla bağlı uzun müddət axtarışlar aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az