Azərbaycanda AĞIR QƏZA: İşıqfor dirəyi sıradan çıxdı - VİDEO

12:31 - 04 Dekabr 2023

Azərbaycanda AĞIR QƏZA: İşıqfor dirəyi sıradan çıxdı - VİDEO

Xətai rayonu ərazisində ağır yol qəzası baş verib.

 

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Manset.az-a bildirilib ki, hadisə dünən axşam saatlarında 8 Noyabr prospektində (Asiman şadlıq sarayının qarşısı) qeydə alınıb.

Qəza nəticəsində 1 ədəd işıqfor dirəyi və onun idarəetmə qutusu, eləcə də yolda olan elektrik paylayıcı lövhə sıradan çıxıb. Hazırda yolda sürücü və piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə işlər görülür.

NİİM sürücülərdən yol nişanlarının tələblərinə və sürət həddinə əməl etməyi xahiş edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az