Mina qurbanı: “Mənim üçün hər gün günəş doğmur” - VİDEO

08:21 - 05 Dekabr 2023

Mina qurbanı: “Mənim üçün hər gün günəş doğmur” - VİDEO

“Hər gün səhər mənim üçün günəş doğmur. Bir valideyn üçün övladını bu şəkildə görmək çox ağrılıdır”.

 

Manset.az xəbər verir ki, bu fikri mina qurbanı Süleyman Heydərov beynəlxalq təşkilatlara çağırışı zamanı deyib.

O bildirib ki, Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində ərazilərin minalardan təmizlənməsi zamanı piyada əleyhinə minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, bu hadisə nəticəsində sağ qolunun üçdəbir hissəsini və hər iki gözünün görmə qabiliyyətini tamamilə itirib.

Qeyd edək ki, S.Heydərov Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının məzunu, qazi mayordur.

Ətraflı Baku TV-nin süjetində:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az