Azay Quliyev Portoroj şəhərinə səfər edəcək

11:55 - 05 Dekabr 2023

Azay Quliyev Portoroj şəhərinə səfər edəcək

ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri və qurumun İqtisadi məsələlər, Ətraf Mühit, Elm və Texnologiya Baş Komitəsinin sədri  Azay Quliyev BMT-nin  Ətraf Mühit Proqramının təşkilatçılığı ilə keçirilən Barselona Konvensiyası və Müqaviləsi İştirakçılarının Nazirlər Sessiyasının 23-cü iclasında iştirak etmək üçün dekabrın 6-da Sloveniyanın Portoroj şəhərinə səfər edəcək.

 

Manset.az xəbər verir ki, sessiya çərçivəsində ölkələrin biomüxtəlifliyin qorunması, ekosistemin mühafizəsi, dənizlərin çirklənməsinin qarşısının alınması üzrə tətbiq edilən təcrübə və bu sahədə qanunvericilik bazası müzakirə olunacaq.

Azay Quliyev  “Yaşıl transformasiya: qərardan fəaliyyətə” adlı sessiyada ATƏT PA-nın yaşıl iqtisadiyyat və iqlim dəyişikliyi ilə əlaqədar qəbul etdiyi qətnamələri, bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə görülən tədbirlər və  rəhbərlik etdiyi komitənin gələn il üçün nəzərdə tutulan fəaliyyəti barədə çıxış edəcək.

Tədbirin sonunda Nazirlərin Portoroj Bəyənnaməsi qəbul ediləcək.

Səfər dekabrın 8-də başa çatacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az