Tanınmış baş həkim vəfat etdi - FOTO

14:12 - 06 Dekabr 2023

Tanınmış baş həkim vəfat etdi - FOTO

Qazax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Allahverdi Quliyev vəfat edib.

 

Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, 69 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Quliyev Allahverdi İbrahimxəlil oğlu 1954-cü il tarixində Qazax rayonun Kosalar kəndində anadan olub. O, 2021-ci ildən etibarən Qazax Rayon Mərkəzi Xəstəxanasının direktorunun müavini-baş həkim vəzifəsində çalışırdı.

A.Quliyev 1982-1986-ci illərdə Qazax RMX-da həkim-uroloq işləyib. 1986-2000-ci illərdə Qazax RMX-da həkim-travmatoloq vəzifəsində çalışıb. 2000-ci ildən 2012-ci ilə qədər Qazax RMX-nin Travmatalogiya şöbəsinin şöbə müdiri kimi fəaliyyət göstərib. 2012-ci ildən 2021-ci ilə qədər sözügedən tibb müəssisəsini baş həkiminin müalicə işləri üzrə müavini vəzifəsində çalışıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az